Mask "Twitter" profillərinin təsdiqlənməsinə görə ödəniş tələb edəcək | Banco.az

Mask "Twitter" profillərinin təsdiqlənməsinə görə ödəniş tələb edəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Twitter”i yenicə satın alan İlon Mask istifadəçi profillərinin təsdiqlənməsini ödənişli edəcək.

Banco.az xəbər verir ki, “Twitter” plaforması tezliklə istifadəçilərdən profillərin təsdiqlənməsinin simvolu olan “mavi işarə”yə görə ayda 19,99 ABŞ dolları almağa başlayacaq.

Təklif olunan yeni plana əsasən, “Twitter” təsdiqləməni premium abunəlik xidməti olan “Twitter Blue”nun təməl xüsusiyyətlərindən biri edəcək.

Xatırladaq ki, hazırda “Twitter Blue” paketindən istifadə edən abunəçilər redaktə düyməsi, şəxsi oxucu rejimi, əlfəcinlər və sair kimi xüsusiyyətlər üçün ayda 4,99 ABŞ dolları ödəyirlər.

Sözügedən plana görə, abunə haqqının 19,99 ABŞ dollarına qaldırılması ilə yanaşı, mavi işarəli mövcud istifadəçilərə “Twitter Blue” paketinə abunə olmaq üçün 90 gün möhlət veriləcəyi, əks təqdirə müddət başa çatdığı zaman həmin istifadəçilərin mavi işarələrini itirəcəkləri bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et