Mask "Twitter" profillərinin təsdiqlənməsi qiymətini açıqlayıb | Banco.az

Mask "Twitter" profillərinin təsdiqlənməsi qiymətini açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Twitter” profillərinin təsdiqlənməsi üçün tələb olunacaq məbləğ bəlli olub.

Banco.az xəbər verir ki, “Twitter” şirkətinin yeni rəhbəri İlon Mask bir neçə gün əvvəl ödənişli olacağına dair xəbərlərin yayıldığı “mavi işarə”nin qiymətini açıqlayıb. O, bunu rəsmi “Twitter” səhifəsində elan edib. 

Beləliklə, profillərin təsdiqlənməsinin simvolu olan “mavi işarə” üçün istifadəçilər ayda 8 dollar ödəməli olacaqlar.

Mask həmçinin sözügedən qiymətin ölkələrin alıcılıq qabiliyyətinə görə tənzimlənəcəyini də bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, aylıq 8 dollar ödəyən istifadəçilərin cavab, qeyd və axtarışda prioriteti, daha uzun video və ya audio faylları paylaşmaq imkanı da olacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et