Mask "Twitter" işçilərinin yarısını ixtisar edəcək | Banco.az

Mask "Twitter" işçilərinin yarısını ixtisar edəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

İlon Mask xərcləri azaltmaq üçün “Twitter” işçilərinin yarısını ixtisar etməyi planlaşdırır.

Banco.az xəbər verir ki, 44 milyard dollarlıq satınalmadan sonra İlon Mask xərcləri azaltmaq məqsədilə təxminən 3700 nəfəri, yəni işçi qüvvəsinin yarısını işdən çıxarmağı planlaşdırır.

Sosial şəbəkənin yeni sahibinin işdən çıxarılası işçilərə cümə günü məlumat verəcəyi gözlənilir.

Mask həmçinin şirkətin hazırki məsafədən iş rejimini dəyişdirməyi və qalan işçilərin ofislərə hesabat verməsini tələb etməyi hədəfləyir. Digər tərəfdən, müəyyən istisnaların ola biləcəyi də qeyd edilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et