Mask “Starship”in növbəti sınaq uçuş tarixini açıqladı | Banco.az

Mask “Starship”in növbəti sınaq uçuş tarixini açıqladı

Müəllif:Ayşən İmanova/Banco.az

Amerikalı sahibkar və “SpaceX”in rəhbəri İlon Mask 3-5 həftə ərzində “Starship” kosmik gəmisinin dördüncü sınaq uçuşunu həyata keçirməyi planlaşdırır.

Banco.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində yazıb.

Mask “X” sosial şəbəkəsində gəminin fotosunu yayımlayaraq  uçuş üçün hazırlıqların getdiyini bildirib. İstifadəçilərdən biri şərhdə dördüncü uçuşun nə vaxt baş tutacağını və Maskın yeni buraxılış nəticəsində hansı məqsədlərə çatmağı planlaşdırdığını soruşub.

“Yəqin ki, 3-5 həftəyə. Məqsəd gəminin gövdəsinin isti zonadan keçməsi və ya ən azı keçən dəfəkindən daha uzağa uçmasıdır”, - deyə Mask cavablayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram