Mask planetin ən varlı adamı oldu | Banco.az

Mask planetin ən varlı adamı oldu

Gülbəni hüseynli/Banco.az

Tesla və X (keçmiş Twitter) banisi İlon Mask yenidən planetin ən varlı adamı olub.

Banco.az xəbər verir ki, bunu Çinin “Hurun” biznes nəşri bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Nəşrin məlumatına görə, 2023-cü ildə Maskın sərvəti 47% artaraq 235 milyard dollara çatıb.Qlobal reytinqdə ikinci yerdə isə 187 milyard dollar kapitalla Amazon yaradıcısı Ceff Bezos qərarlaşıb.Üçüncü yerdə sərvəti 177 milyard dollarla  Louis Vuitton Moet Hennessy holdinqinin sahibi fransız iş adamı Bernard Arnault qərarlaşıb. Çinin ən varlı adamı Nongfu içməli su şirkətinin yaradıcısı Zhong Shanshan-dır. Onun kapitalı 450 milyard yuan (62 milyard dollar) təşkil edir ki, bu da ona qlobal siyahıda 21-ci yeri tutmağa imkan verir.

Ən sərfəli krediti almaq üçün müraciət et