Müəllif:Ayşən İmanova/Banco.az
Amerikalı sahibkar və milyarder İlon Maska məxsus “Tesla” şirkəti “Cybercab” adlı pilotsuz robotaksini təqdim edib.
Banco.az xəbər verir ki, yeni məhsul “X” sosial şəbəkəsində şirkətin sahibi tərəfindən təqdim edilib.
"Biz yolların görünüşünü dəyişdirmək istədik. Gələcək gələcək kimi görünməlidir", - deyə Mask qeyd edib.
Milyarder bildirib ki, ən yeni avtomobillərdə pedallar və sükan yoxdur. O, robotaksini “düyməni bas və unut” prinsipi ilə işləyən liftlə müqayisə edib.
Maskın sözlərinə görə, sahibkarlar üçün bir robot taksinin qiyməti 30 min dollar təşkil edəcək. Xidmətdən istifadə edənlər isə hər mil üçün təxminən 30-40 sent ödəyəcəklər.