Müəllif:Ayşən İmanova/Banco.az
Amerikalı sahibkar İlon Mask Kaliforniya məhkəməsində “OpenAI” və şirkətin iki həmtəsisçisi Sem Altman və Qreq Brokmana qarşı iddiasını geri götürüb.
Banco.az xəbər verir ki, bu barədə “CNBC ” məlumat yayıb.
Maskın vəkilləri iş adamının bir neçə aydır davam edən işdən niyə qəfil imtina etmək qərarına gəldiyini açıqlamayıblar.
İddia federal hakimin işin rədd edilməsi və ya növbəti mərhələyə keçməsi barədə qərar verməsindən bir gün əvvəl ləğv edilib.
Ekspertləri hesab edirlər ki, “OpenAI”a qarşı iş “Maskın xeyrinə yaxşı reklamdır”, lakin kifayət qədər hüquqi əsası yoxdur. Onların sözlərinə görə, iddianın əsasını təşkil edən müqavilə bütün tərəflər tərəfindən imzalanmış rəsmi yazılı müqavilə deyil.
Bizi sosial şəbəkələrdən izləyin!!