Müəllif:Ayşən İmanova/Banco.az
Amerikalı sahibkar İlon Mask bir neçə il ərzində gizli şəkildə Respublikaçılar Partiyasına on milyonlarla dollar ayırıb.
Banco.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, Maskın ictimaiyyətə açıqlanmayan ianələri göstərir ki, 2024-cü ildə sürətli siyasi transformasiyaya məruz qalan sahibkar Respublikaçıların işlərinin və namizədlərinin maliyyələşdirilməsində mühüm qüvvə olub.
Qeyd olunub ki, 2022-ci ilin payızında, aralıq seçkilər ərəfəsində Mask müəyyən ştatlarda Demokrat Partiyasının namizədlərini hədəf alan kampaniyaya 50 milyon dollardan çox ianə edib. 2023-cü ildə sahibkar Florida qubernatoru Ron DeSantisin kampaniyasını dəstəkləmək üçün 10 milyon dollar vəsait ayırıb.
Mənbələr iddia edirlər ki, Respublikaçılar Partiyasının məsləhətçiləri və hüquqşünasları bunun üçün “Signal” messencerindən istifadə edərək Maskın bu maliyyə əməliyyatlarında iştirakını gizlətməyə kömək ediblər.
Bizi sosial şəbəkələrdən izləyin!!