Mask bu ölkədə elektromobil zavodunun tikintisini təxirə salıb | Banco.az

Mask bu ölkədə elektromobil zavodunun tikintisini təxirə salıb

Müəllif:Ayşən İmanova/Banco.az

Amerikalı iş adamı və "Tesla"nın qurucusu İlon Mask noyabrda ABŞ-də keçiriləcək prezident seçkilərinin yekun nəticələrinə qədər Meksikanın şimalında elektrikli avtomobil zavodu tikmək planlarını dayandırdığını açıqlayıb.

Banco.az xəbər verir ki, qərar Meksikada istehsal olunan avtomobillərə yüksək tariflərin tətbiqi ilə bağlı narahatlıqlar fonunda verilib.

Mask bildirib ki, Trampın bu yaxınlarda Meksikada istehsal olunan avtomobillərə tarifləri açıqlaması onun qərarında əsas rol oynayıb.

Məlumata görə, Tramp seçiləcəyi təqdirdə Meksika istehsalı olan avtomobillərə 100 və ya 200%-ə qədər rüsum tətbiq edəcəyinə söz verib.

"Əgər bu baş verərsə, Meksikaya çox sərmayə qoymağın mənası yoxdur" , - Mask vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et