Müəllif:Ayşən İmanova/Banco.az
Amerikalı sahibkar və milyarder İlon Mask “Apple” cihazlarını süni intellekt (AI) texnologiyasının tətbiqinə görə şirkətlərində qadağan etməklə hədələyib.
Banco.az xəbər verir ki, bu barədə İlon Mask “X” hesabında yazıb.
“Apple əməliyyat sistemində “OpenAI” texnologiyasını yerləşdirirsə, onun cihazları mənim şirkətlərimdə qadağan olunacaq. Bu, qəbuledilməz təhlükəsizlik pozuntusudur”, - deyə paylaşımda vurğulanıb.
O, həmçinin “Apple” şirkətinin icraçı direktoru Tim Kukun “X” hesabındakı postunun altında generativ süni intellekt haqqında şərh yazaraq mümkün qadağa barədə xəbərdarlıq edib.
“Ya bu qorxunc casus proqramı dayandırın, ya da bütün “Apple” cihazları mənim şirkətlərimdə qadağan olunacaq”,- deyə Mask yazıb.
Qeyd edək ki, “Apple” iyunun 10-da “iPhone” və “Mac” üçün “Apple Intelligence” (AI) adlı süni intellektlə işləyən funksiyalar toplusunu təqdim edib. Eyni zamanda, korporasiya “ChatGPT”nin “Siri” səs köməkçisinə inteqrasiyasını elan edib.
Bizi sosial şəbəkələrdən izləyin!!