Mask 6,9 milyard dollarlıq "Tesla" səhmi satdı | Banco.az

Mask 6,9 milyard dollarlıq "Tesla" səhmi satdı

Tamara Mustafayeva, Banco.az

Çərşənbə axşamı gecəsi açıqlanan bir sıra maliyyə sənədlərinə görə, "Tesla" CEO-su İlon Mask şirkətin təxminən 6,88 milyard dollar dəyərindəki 7,92 milyon səhmini satıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, avqustun 4-də Texas ştatının Ostin şəhərində "Tesla"nın 2022-ci il üzrə səhmdarların illik yığıncağından sonra səhm satışları 5-9 avqust tarixləri arasında baş tutub. 

Xatırladaq ki, bu ilin əvvəlində "Tesla" və "SpaceX" CEO-su sosial media hesabında aprelin 28-dən sonra "başqa "Tesla" səhmi satışı planlaşdırmadığını" açıqlamışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et