Masazırda su altında qalan maşınlar məşhur bankın imiş | Banco.az

Masazırda su altında qalan maşınlar məşhur bankın imiş

Lent.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Masazırda “Aysu” Qida Sənayesi şirkətinin qarşısından başlayaraq, təxminən 300 metr ərazinin əksər hissəsi suyun altında qalıb. Bir metrdən artıq dərinliyi olan gölməçə nəticəsində 100-ə yaxın avtomobil də gölməçədə “qərq olub”. 

Həmin maşınlar uzun müddətdir orada saxlanılır. Belə ki, bu avtomobillər “Bank Standard” vasitəsilə kreditə götürülən, lakin ödənişi tamamlanmayan maşınlardır. Buna görə də bank tərəfindən geri alınaraq burada dayanacağa qoyulub. 

“Bank Standard”ın əməkdaşlarından hadisə yerinə gələn, suyun altında qalan avtomobillərin taleyi ilə maraqlanan olmayıb.

Ən sərfəli kredit üçün müraciət et

**

13:28

Dünən Azərbaycana yağan şiddətli yağışdan sonra Abşeron rayonunun Masazır qəsəbəsindəki obyektlərdən birinin həyətindəki maşınlar suyun altında qalıb. 

Lent.az-ın "Azadliqradiosu"na istinadən xəbərinə görə, görüntülərdən bəlli olur ki, 20-yə yaxın maşın tamamilə suyun altında qalıb. 

Ən sərfəli krediti almaq üçün müraciət et