"Martda ticarətdə Biznes İnam İndeksi neqativ zonaya düşüb" | Banco.az

"Martda ticarətdə Biznes İnam İndeksi neqativ zonaya düşüb"

Bu I rübünün bütün aylarında Azərbaycanda sənaye və xidmət sahələri üzrə orta Biznes İnam İndeksi (Bİİ) müsbət zonada qalsa da, Bİİ-də mart ayında kəskin eniş yaşanıb, ticarətdə isə Bİİ neqativ zonaya düşüb.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "Pul siyasəti" icmalında deyilir.

İcmalda qeyd olunur ki, I rüb ərzində qeyri-neft sənayesinin tekstil, ərzaq məhsullarının və içkilərin istehsalı sahələri üzrə Bİİ ilk 2 ayda pozitiv dinamikaya malik olub.

Sənayenin plastik malların istehsalı, metallurgiya və tikinti materiallarının istehsalı sahələri rübün bütün ayları üzrə aşağı dinamika nümayiş etdirib, maşınqayırma isə yanvar ayındakı mənfi dinamikanı son 2 ayda müsbətə çevrilib.

Ticarətin avtomobil, mebel, təsərrüfat malları və elektrik məişət avadanlıqları sahələrində rübün ilk iki ayındakı iqtisadi aktivlik göstəriciləri müsbət olsa da, mart ayında kəskin azalıb. Xidmət sahəsinin isə səhiyyə və kommunikasiya sahələri rübün bütün aylarında yüksək iqtisadi aktivlik göstərib

Bundan əlavə, turizm və hotelçilik isə yanvar və fevral ayları ərzində müsbət zonada olsalar da, mart ayı ərzində kəskin enərək, xidmət sahəsinin ən çox əziyyət çəkən sektorları olub. Tikinti sektoru üzrə Bİİ rübün bütün ayları üzrə hələ də mənfi zonada qərarlaşsa da, ötən rübə nəzərən yaxşılaşıb.

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et