Martda Mərkəzi Bankın valyuta ehtiyatları cüzi artıb | Banco.az

Martda Mərkəzi Bankın valyuta ehtiyatları cüzi artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

1 aprel 2026-cı il tarixinə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11 milyard 656.8 milyon ABŞ dolları təşkil edib.

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bankın valyuta ehtiyatları illik müqayisədə 5,7% artıb.

2025-ci ilin eyni dövründə bu göstərici 11 milyard 26.5 milyon dollara bərabər olub. 

Qeyd edək ki, Mərkəzi Bankın valyuta ehtiyatları 1 ay əvvəllə müqayisədə isə 0.4% artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram