Bu ilin mart ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 202 mln. 177,30 min manat təşkil edib.
Qurumun açıqladığı rəqəmlərə istinadən xəbər verilir ki, 2016-cı ilin eyni ayı ilə müqayisədə daxilolmalar 28 mln. 523,82 min manat və ya 16,4% artıb. Bu ilin fevral ayı ilə müqayisədə isə DGK xətti ilə martda dövlət büdcəsinə köçürülən məbləğ 7 mln. 238,4 min manat və ya 3,7% çoxdur.
Ötən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 55 mln. 49,40 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 139 mln. 414,20 min manat, aksizlər üzrə 5 mln. 20,50 min manat, yol vergisi üzrə isə 2 mln. 693,20 min manat təşkil edib.
Mənbə: Apa.az