Mərkəzi Bank bankların kredit portfelinin strukturu barədə məlumatları açıqlayıb. Məlumatlara görə, 2021-ci ilin Mart ayında kreditlər arasında ən çox artım istehlak kreditlərində qeydə alınıb.
Fevral ayının sonu ilə müqayisədə mart ayında bankların cəmi kredit portfeli 106,3 milyon manat artaraq 31 Mart 2021-ci il tarixində 14 milyard 352 milyon 400 min manat təşkil edib.
Martda biznes kreditləri 34,5 milyon manat artaraq 8 milyard 565 milyon 200 min manata, istehlak kreditləri 46,4 milyon manat artaraq 3 milyard 680 milyon 400 min manata, ipoteka kreditləri isə 25,4 milyon manat artaraq 2 milyard 106 milyon 800 min manata çatıb.
marja
Bizi sosial şəbəkələrdən izləyin!!