Mart ayında kriptovalyuta bazarında nə baş verdi? | Banco.az

Mart ayında kriptovalyuta bazarında nə baş verdi?

Mart ayında bir neçə koin istisna digər koinlər daxil olmaqla kriptovalyuta bazarı o qədər də bərəkətli olmadı, 30 martda bitcoinin ən aşağı səviyyəsi müşahidə edilərkən (6.740$), ən yaxşı performans göstərən koin isə Binance coin oldu. 

2017-ci ildə Bitcoinin arxasına altcoinlər də qoşulmasıyla birgə kripto bazarı üçün möhtəşəm keçmişdi, 2018-ci ildə isə bazarda baş verən kəskin düşüşlər nəticəsində kriptovalyutalar əvvəlki səviyyələrinə düşdü. Əslində  martdakı azalma fevralda baş verən artımı ört basdır etmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Mart ayı kripto bazarı üçün elə pis keçmişdi ki, bazarın ümumi dəyəri 260 milyard dollar səviyyəsinə düşmüşdü.

Binance isə bu ay  yaxşı dövrünü yaşayır,  10,5 dollar ilə başlayan Binance Coin 10,7 dollar səviyyəsinə qədər qalxıb. Siz yəqin bunun o qədər də böyük artım olduğunu düşünmürsünüz, amma Binance Bitcoin qarşısında 48% artım yaşayıb. İndi nə deyirsiniz?

Lakin bütün kriptovalyutalar rekord səviyyəsindən uzaqdadır. Ayın ən çox dəyər itirənləri isə Ethereum və Cardano olub. Görək üzümüzə gələn aylar nə baş verəcək?

 

Ən sərfəli krediti almaq üçün müraciət et