Mars planetinə uçuş biletinin qiymətini elan etdi | Banco.az

Mars planetinə uçuş biletinin qiymətini elan etdi

SpaceX şirkətinin CEO-su İlon Mask əmindir ki, Mars planetinə uçuş biletini hər bir insan ala biləcək.

Bunun üçün sadəcə olaraq Yer kürəsində yaşayan hansısa bir şəxs öz evini satmalı və Mars planetinə uçuş biletini almalıdır. Həmçinin Mars planetinə uçacaq ilk kolonistləri bonus təklif də gözləyir. Belə ki, Yer kürəsinə geri dönüş biletini almağa ehtiyac qalmayacaq.

Bu barədə Hightech.plus saytı xəbər verib.

Beləliklə İlon Mask 2020-ci illərə təsadüf edəcək Mars uçuşu biletinin qiymətini açıqlayıb.

“Mən əminəm ki, gələcəkdə bu cür uçuşun qiyməti 500.000 dollardan və hətta 100.000 dollardan aşağı olacaq” – deyə Musk öz Twitter hesabında bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Onun qiymətləndirməsinə əsasən inkişaf etmiş istənilən ölkənin vətəndaşı öz evini sataraq əldə olunmuş vəsait hesabına Marsa uçuş biletini əldə edə biləcək. Yer kürəsinə geri qayıdış biletini isə almağa ehtiyac qalmayacaq. Belə ki, şirkət bunu pulsuz reallaşdıracaq. Musk onu da qeyd edib ki, biletlərin qiymətləri həmçinin kosmik gəmidə olacaq astronavtların sayından da asılı olacaq.

SpaceX şirkəti insanları Mars planetinə Starship raket sistemi vasitəsilə çatdırmağı planlaşdırır. Şirkət artıq bu raket sisteminin kiçik versiyasını yığıb və onun testinə start verib. Gözləntilərə əsasən əvvəlki adı Big Falcon Rocket kimi tanınmış Starship kosmik sistemi özündə 100 nəfər sərnişini yerləşdirə biləcək. Mask-ın planına əsasən Mars planetinə uçuşda əsasən orda yaşayış üçün koloniya yaratmaq istəyən insanlar maraqlı olacaqlar.

Technote.az

Ən sərfəli krediti almaq üçün müraciət et