Markın sərvəti İlon Maskın sərvətini ötüb | Banco.az

Markın sərvəti İlon Maskın sərvətini ötüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Meta” şirkətinin rəhbəri Mark Zukerberqin sərvəti 2020-ci ildən bəri ilk dəfə “Tesla”nın baş direktoru İlon Maskın sərvətini ötüb.

Banco.az xəbər verir ki, Mark Zukerberq cümə günü İlon Maskı geridə qoyaraq dünyanın üçüncü ən varlı insanı olub.

Bununla da, Zukerberq 2020-ci ildən bəri ilk dəfə əzəli rəqibinin taxtına oturub.

Qeyd edək ki, martın əvvəlində Bloomberg Milyarderlər İndeksində birinci olan Mask “Reuters” agentliyi tərəfindən dərc edilən “Tesla”nın daha ucuz avtomobil planlarını ləğv etməsi ilə bağlı xəbərdən sonra dördüncü yerə geriləyib.

Bu xəbərdən sonra isə “Tesla”nın avtomobil tədarükünün mart ayına qədər olan üç ayda azaldığı və Kovid pandemiyasının ilk günlərindən bəri ilk illik enişini reallaşdırdığı məlumatı gəlib.

Qeyd edək ki, Maskın sərvəti bu il 48,4 milyard dollar azaldığı halda, “Meta” şirkətinin cümə günü növbəti rekord da daxil olmaqla, yeni zirvələrə yüksəlməsi ilə Zukerberq sərvətinə 58,9 milyard dollar əlavə edib.

Ən sərfəli kredit üçün müraciət et

Zukerberqin 105,6 milyard dollar, Maskın isə 102,1 milyard dollar sərvətə sahib olduğu 16 noyabr 2020-ci ildən bəri Bloomberg nəşrinin ən varlılar siyahısında Zukerberq ilk dəfə ilk üçlüyə daxil olub.

Xatırladaq ki, hazırda Maskın xalis sərvəti 180,6 milyard dollar, Zukerberqinki isə 186,9 milyard dollardır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et