Niyə marketinq-ə yumor əlavə olunduğu zaman daha effektiv olur? Çünki insanlar gülməyi sevirlər və bir reklamın üzdə gülüş doğurması, artıq onun uğurlu olması anlamına gəlir. İnsanlar “gülüş ən yaxşı dərmandır” deyirlər və bu fikir bəzi markaların marketinq strategiyalarına yaxından təsir edir. Yəqin ki, sizi güldürən reklamlara təkrar-təkrar baxa bilərsiniz. Gəlin marketinqdə yumor-dan istifadə edən məşhur markalarla tanış olaq.
Melburn Metrosu: “Ölmək üçün axmaq yollar”
Dəmiryol şəbəkəsində baş verən qəzaların sayını azaltmaq üçün 2012-ci ildə Melburn Metrosu bu unudulmaz və təsirli təşviqat videosunu yayımladı. Reklam animasiyası olduqca cəlbedici hazırlanmışdır. Arxa fonda səsləndirilən mahnıda ölmək üçün axmaq yollar əyləncəli tərzdə təsvir olunmuşdur. Bu da reklamın viral hala gəlməsinə səbəb oldu. Reklamın uğur qazanmasından sonra eyni konseptdə mobil oyun yaradıldı.
Volkswagen: “Yadplanetli”
Bu avtomobil sizi yadplanetlilərdən qorumayacaq! Dəhşətli dinozavra bənzəyən yadplanetlidən qaçmağa çalışan baş qəhrəmanlar Volkswagen markalı maşında gizlənir. Hər dəfə yadplanetli quyruğunu avtomobilin yanında yellədikdə isə, baqaj hissə açılır. 2016-cı ildə Volkswagen şirkəti tərəfində yayımlanan bu yumor-istik reklam avtomobilin ağıllı texnologiyasını sübut etməyə yönəlib.
Google: “Evdə tək”
Bu videoçarxda Google şirkəti “Google Assistant” məhsulunu reklam etmək üçün məşhur “Evdə tək” filmi ilə əməkdaşlıq etmişdir. Reklamda Macaulay Culkin Kevin rolunu canlandırır – lakin bu dəfə daha müasir, Google köməkçisi ilə təchiz olunmuşdu.
Snickers: “Xəstəxana otağı”
Bu yöndəmsiz və əyləncəli reklamda əməliyyat zamanı cərrahın telefonu xəstənin bədənində qalıb. Xəstəxana müdiri və cərrah xəstədən üzr istərkən telefona zəng gəlir. Zəngə cavab verdikdən sonra həkim xəstəyə sizi daha yaxşı edəcəyik deyir. Bu zaman telefonun aktiv səsli köməkçisi bunu ( make you better) səhv anlayır (make butter) və kərə yağı reseptini oxumağa başlayır. Kampaniyanın sloganı “Ac olanda diqqətsizsən. Snikerslə!”-dir.
Pringles: “Ricky and Morty”
Bu reklamda Pringles şirkəti məşhur animasiya Ricky and Morty ilə əməkdaşlıq etmişdir. 30 saniyəlik bu yumor-istik animasiyada Morty cildində robotlar evə daxil olaraq “Pringles”-i reklam etməyə başlayır. Ricky dərhal nəvəsinin robot olduğunu anlayır. Pringles şirkəti bu reklamı Super Bowl-da istifadə etmişdir.
markzone.az
Bizi sosial şəbəkələrdən izləyin!!