AzMarketinq MMC 1 Avqust - 1 Dekabr 2015 tarixi üçün AzMarketinq MMC-in ofisində staj ( iş təcrübəsi ) keçmək istəyənlərin nəzərinə
İşin izahı :
- Şirkətin telemarketinq işlərini həyata keçirmək
- Şirkətin Pr işlərində yaxından iştirak
- AzMarketinq MMC-in lahiyələrində ( bazar araşdırmaları , korporativ təlimlər, outsource ) iştirak etmək
Tələblər :
- Yalnız şəkilli cv vasitəsi ilə ( [email protected] ) müraciət etmək.
- Cins : fərq etməz
- İxtisas : İqtisadiyyat yönümlü olması
- Universiteti bitirmiş şəxslər müraciət edə bilər. İstisna hal kimi yalnız marketinq üzrə təhsil alan tələbələr həftənin 2 günü yarım iş günü olmaq şərti ilə müraciət edə bilər.
- Dil və kompyuter bilikləri
- Punktuallıq , məsuliyyət ,inadkarlıq , layihə gətirmə qabiliyyəti , inandırma qabiliyyəti , özünə güvənmək xüsusi tələb olunan şərtlər içindədir.
- Yaş : 20-35
Qazanacaqlarınız :
- İlin sonuna kimi Azmarketinq MMC-in bütün ödənişli və ödnişsiz təlimlərində iştirak etmək hüququ
- AzMarketinq MMC tərəfindən marketinqə aid materillar, kitablarla təmin olunmaq imkanı
- Marketinqin bütün sahələrində AzMarketinq MMC -in ekspertlərinin iştirakı praktika keçmək və ciddi biliklərə sahib olmaq imkanı
- Əmək kitabçası, əmək müqaviləsi təminat
- Sizin tərəfinizdən gətirilmiş proyektlərdən bonuslar qazanmaq imkanı.Eyni zamanda Azmarketinq MMC-in proyektlərində tapşırılmış işin həcminə görə qazanc imkanları.
- Müqavilə müddətində uğurlu fəaliyyət qrafiki göstərmiş işçilər daimi müqavilə ilə işlə təmin olunacaqlar. Hər kəsə uğurlar arzu edirəm