Marketinq nə deyil? | Banco.az

Marketinq nə deyil?

Marketinqin nə olmadığını bilmək nə olduğunu bilmək qədər əhəmiyyətlidir. Marketinq, hər kəsin çox rahatlıqla istifadə etdiyi bir anlayış olmaqla yanaşı təəssüf ki, insanlar arasında marketinq fəaliyyəti olaraq adlandırılan əməliyyatların hamısı marketinq kimi qəbul edilir. Lakin bu yanaşma olduqca yalnışdır. "Marketinq nə deyildir" sualına olan cavabları təqdim edirik:

Marketinq satış demək deyil: 

Xüsusilə ölkəmizdə marketinq anlayışı satış ilə müqayisə edilir. İş elanlarında marketinq mütəxəssisi başlığı altında bir çox şirkət əslində satış mütəxəssisi axtarır. Marketinq təbii ki, satış ilə əlaqəli bir anlayışdır. Müştəri ilə istehsalçı arasındakı körpüdür və satış əməliyyatının reallaşmasını təmin edən yoldur. Ancaq satışın özü deyil.

Marketinq sadəcə yaradıcılıq deyil:

Bir çox adam marketinqin yaradıcılıq tələb etdiyindən bəhs edir. Yaradıcılıq hər budaqda olduğu kimi satışa da müsbət təsir göstərər. Lakin real marketinq məlumatları yığaraq, analiz edərək və şərh bildirərək irəliləməlidir. Yoxdan düşüncələr var edərək və ya incəsənət işi yaradaraq insanları bir nöqtəyə cəlb etmək marketinq deyil.

Marketinq sadəcə reklam etmək deyil:

Reklamlar marketinq tərkibində bir yerə sahibdir, lakin bütün bir marketinq deyil. Reklam dedikdə bir məhsulun xitab etməli olduğu kütləyə özünü inandıraraq, haqqında bir düşüncə və məlumat meydana gətirərək məhsula o kütləni cəlb etməyə çalışan fəaliyyət ağla gəlməlidir.

Marketinq isə kütləsini tanımaq məqsədiylə tədqiqat aparar. Sözü gedən tədqiqat və məlumatlara görə kütləyə təsir edə biləcək reklam yaradılır.

Ən sərfəli kredit üçün müraciət et

Marketinq sosial şəbəkələrdə bəyənilmək, izləyici yığmaq və şərh almaq deyil:

İndiki vaxtda markalar tərəfindən intensiv formada istifadə edilən sosial şəbəkələr eynilə reklamlar kimi marketinq vasitələrindən biridir. Ancaq bütün sosial şəbəkələrdə sadəcə bəyənilmək, izləyici yığmaq və yaxşı şərhləri nəzərə alaraq markaların eqosunu təmin etmək bu vasitələri hədəfinə çatdırmaz.

Bəhs etdiyimiz vasitələri effektiv istifadə etmək və müştəri ilə aranızda qurulacaq olan körpünü daha əlçatan vəziyyətə gətirərək müştəri şərhlərini nəzərə almaq vacibdir.

Marketinq mürəkkəb strategiyalar tətbiqi deyil:

Marketinq əgər bəsit düşünə bilməsəniz son dərəcə çətindir. Əgər işin içinə zəka qığılcımları qatmağa çalışaraq ən sadə detalları unutsanız müvəffəqiyyətli ola bilməzsiniz. Əsas bacarıq sadə düşünə bilmək və başadüşülən olmaqdır!

Marketinq əlaqəsiz insanlara əlaqəsiz e-mail və ya SMS-lər göndərmək deyil:

Heç bir xüsusiyyətini bilmədiyiniz, məlumatlarına hansısa bir yolla sahib olduğunuz şəxslərə, onların maraq dairələrindən tamamilə uzaq e-maillər və SMS-lər göndərmək marketinq fəaliyyəti deyil. Bu daha çox müştəri əlaqələrinin idarə edilə bilməməsidir. Əgər belə etsəniz potensial ola biləcək müştəriləri də itirər və ismarıcların avtomatik olaraq silinməsinə səbəb olarsınız.

Günel Abduraxmanova / [email protected]