“Marka etibarı satışdan sonrakı xidmətdə də qorunmalıdır” – Şervan Ada Avşar | Banco.az

“Marka etibarı satışdan sonrakı xidmətdə də qorunmalıdır” – Şervan Ada Avşar

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“Markalar sifarişi aldıqdan sonra məhsulun çatdırılmasına qədər bütün mərhələlərdə məsuliyyət daşıyırlar.Marka olmaq məhsulu istehsaldan müştərinin əlinə keçənə qədər izləməyi, onun keyfiyyətinə və müştəri məmnuniyyətinə cavabdeh olmağı bacarmaq deməkdir”.

 Bu fikirləri Banco.az-a açıqlamasında elektron ticarət və rəqəmsal marketinq üzrə məsləhətçi Şervan Ada Avşar səsləndirib.

“Bəzən alıcılar sifariş etdikləri məhsulu aldıqdan sonra problemlərlə qarşılaşırlar.  Ya sifariş verilən məhsul düzgün göndərilmir, ya məhsulda hər hansı qüsur aşkarlanır, ya da alıcı müəyyən səbəblərlə narazı qalaraq məhsulu geri qaytarmaq istəyir. Bu halda marka olaraq hər bir detalı diqqətlə nəzərə almaq və müştəri ilə qarşılıqlı anlayış yaratmaq vacibdir”.

Ən sərfəli kredit üçün müraciət et

Şervan Ada Avşar düşünür ki, markalar müştərinin inamını qazanmaq üçün bu cür hallarda çevik və məsuliyyətli yanaşma sərgiləməlidirlər:

 “Alıcı markanı tanıyır, onu təmsil edən şirkəti deyil. Baş verən hər hansı problemin səbəbini birbaşa markanın özü ilə bağlayır. Buna görə də, marka etibarı yalnız satış prosesində deyil, satışdan sonrakı xidmətdə də qorunmalıdır”.