Mark Zuckerberg reptiloiddirmi? | Banco.az

Mark Zuckerberg reptiloiddirmi?

Mr Patriarch™ adlı mikroblogger, şəhər gəzintisinə çıxmış Mark Zuckerberg-in qəribə cins şalvarına fikir verib.

Belə ki, həmin şalvar, Mark-ın dizlərinin hər iki tərəfə bükülməsi effektini yaradır. Mikrobloggerin fikrincə bu cür hal bir daha onu təsdiq edir ki, Mark Zuckerberg, reptiloiddir.

“Zuckerberg-in dizləri önə deyil, arxaya bükülür. Reptiloidlər onu düzgün şəkildə yaratmayıblar” – deyə mikroblogger qeyd edib.

Mikrobloggerin bu versiyası ilə minlərlə istifadəçi razılaşdı və bu post, 1 sutka ərzində bütün sosial şəbəkəyə yayıldı. Müxtəlif mikrobloggerlər isə Mark-ın mənşəyi və onun səhhətinin necə olması barəsində versiyalarını bölüşdülər. Kimisi düşündü ki, o, oynaqların anomaliyasından əziyyət çəkir, kimisi isə düşündü ki, o, Yer kürəsini idarə etmək üçün göndərilmiş yadplanetli canlıdır.

Ən sərfəli kredit üçün müraciət et

İstifadəçilərin bir hissəsi isə fikir verdilər ki, bəzi fotolarda Mark, şortikdə əks olunub və onun ayaqları tamamilə normal vəziyyətdədir. Gizli söz söhbətlərin tərəfdarları qeyd etdilər ki, Zuckerberg, klona sahibdir. Bütün bunlara baxmayaraq bir faktı inkar etmək olmaz ki, həmin qəribə şalvarda Zuckerberg, bir qədər gülməli görünür.

 

Zuckerberg's legs bend forward instead of back. The reptilians made a mistake when assembling him pic.twitter.com/ouuqPHnIpf

— Mr Patriarch™ (@MrPatriarch11) 18 Eylül 2017

Mənbə: technote.az

Ən sərfəli krediti almaq üçün müraciət et