Tamara Mustafayeva, Banco.az
Mark Zuckerberg-in şəxsi sərvəti bir neçə saat ərzində 6 milyard dollardan çox azalıb.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, bazar ertəsi axşam saatlarında "Facebook", "Whatsapp" və "Instagram" platformalarının işində yaranan problem səbəbindən texnologiya nəhəngi "Facebook"un səhmləri 5%-ə yaxın ucuzlaşaraq şirkət sahibi Mark Zuckerberg-in şəxsi sərvətinin 121.6 milyard dollara geriləməsinə səbəb olub.
Bloomberg Milyarderlər İndeksinə görə, ötən bir neçə həftə ərzində təqribən 140 milyard dollar itirən Zuckerberg hazırda "Dünyanın ən varlı insanları" siyahısının beşinci pilləsinə geriləyib.
Qeyd edək ki, sentyabr ayının 13-də "Wall Street" jurnalı tabeliyində olan platformalarla bağlı problemlərdən "Facebook" şirkətinin agah olduğunu, ancaq bununla bağlı heç bir addım atmadığını iddia etmişdi. Sözügedən iddialar qısa müddət ərzində dövlət rəsmilərinin diqqətini çəkmiş, dünən isə şirkətin keçmiş işçilərindən biri olan Frances Haugen bir sıra açıqlamalar etmişdi ki, ardınca da platformaların işində problemlərin yarandığı ortaya çıxmışdı.
"Facebook" şirkəti isə "Wall Street" jurnalının iddialarına cavab olaraq platformalarda yaranan problemlərin təkcə texnoloji nasazlıqdan qaynaqlanmadığını və kifayət qədər mürəkkəb proses olduğunu bildirmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!