"Mançester Yunayted" futbol klubunun satışına razılıq verilib | Banco.az

"Mançester Yunayted" futbol klubunun satışına razılıq verilib

Müəllif: Tamara Mustafayeva, Banco.az

İngiltərə Premyer Liqası rəhbərliyi "Mançester Yunayted"in 25 faizinin satışına razılıq verib.

Banco.az xəbər verir ki, Liqanın internet saytında verilən açıqlamada satışa heç bir maneənin olmadığı və idarə heyətinin əməliyyatı təsdiqlədiyi bildirilib.

Klubun səhmlərinin 25 faizini 1,25 milyard funt sterlinqə satın alan neft-kimya şirkəti “INEOS”un qurucusu, ingilis iş adamı Cim Ratkliff futbol əməliyyatlarına nəzarətdə söz sahibi olacaq.

71 yaşlı Ratkliff həmçinin Old Trafford Stadionuna investisiyalar üçün 236 milyon funt sterlinq ayıracaq.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, ABŞ-ın Qleyzer ailəsi 2005-ci ildə “Mançester Yunayted”i 790 milyon funta satın almışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et