Manatla əmanət qoyuluşu yenə azalıb | Banco.az

Manatla əmanət qoyuluşu yenə azalıb

Banco.az  Mərkəzi Banka istinadən bildirir ki, 2015-ci ilin sentyabr ayında əhalinin bankdakı əmanətləri 0,12% faiz və ya 8.5 mln azalaraq 7311,8 mln manata düşüb. Bu əmanətlərdən 1777,8 mln manatı milli valyuta 5534,0 mln manatı isə xarici valyutada yerləşdirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə cəmi əmanətlərin həcmində 5,06% faiz artım qeydə alınıb. Milli valyutada olan əmanətlər 70,10 mln azaldığı halda, xarici valyutada olan əmanətlərin həcmi 61,60 mln artıb.

Qısamüddətli əmanətlər isə 0,79% azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Rezidentlərin yerləşdirdiyi əmanətlərin həcmi 6406,3 mln manat, qeyri - rezidentlərin əmanətləri isə 905,5 min manat olub. 

Ən sərfəli krediti almaq üçün müraciət et