Manatla bağlı daha bir proqnoz | Banco.az

Manatla bağlı daha bir proqnoz

Əmlak, mülk, torpaq və avtomobil yeni yığım vasitəsinə çevrilə bilər

"Manatın devalvasiyasından sonra yaranmış yeni iqtisadi şəraitdə banklara və milli valyutaya olan inamın azalması səbəbindən, eləcə də alternativ inkanların az olması ucbatından bazarlarda pul vəsaitlərinin hərəkəti və yerləşdirilməsi sahəsində əsasən 2 istiqamətdə qərarlaşmış tendensiyalar müşahidə olunmaqdadır".

ANS PRESS-in məlumatına görə, bunu iqtisadçı Qubad İbadoğlu qeyd edib. Mütəxəssis qeyd edir ki, birincisi nağd ödənişlərin artması, milli valyuta ilə əməliyyatların dövriyyəsinin azalması və iri ödənişlərin dollarla həyata keçirilməsi getdikcə kütləvi halır: 

kincisi isə sərbəst yığımlarını depozit bazarında və səhm bazarında reallaşdırmaq riskini yüksək hesab edən orta və varlı təbəqəninin xüsusu vəsaitlərini əmlak, mülk, torpaq və avtomobildə maddiləşdirməsidir. Bu isə həmin bazarlarda tələbatın artmasına və qiymətlərin bahalaşmasına səbəb ola bilər. Eləcə də milli iqtisadiyyatda ümumi qiymət artımı bu sahədə bahalaşmaya əlavə stimul verəcəyi də istisna olunmur".

Mütəxəssisin fikrincə, hazırkı iqtisadi şəraitdə əmlakın, mülkün, torpağın və avtomobilin üzərində qurulan əməliyyatların riskinin nisbətən az olması onları yeni yığım vasitəsinə çevrə bilər.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et