Mərkəzi Bankın sədri, Elman Rüstəmov AZTV kanalında “Günün Nəbzi” verlişinin qonağı olub və hamını maraqlandıran bir çox sualları cavablandırıb.
2014-cü ili biz necə başa vurduq sualına AMB-nin sədri, bu ilin dövlət və iqtisadi quruculuq baxımından ən yadda qalan illərdən biri olduğunu söyləyib.
Sədr bildirib ki, dünyada baş verən mürəkkəb hadisələrin fonunda, neftin qiymətinin düşməsinə baxmayaraq Azərbaycan dayanıqlı inkişafını davam etdirir. Ötən il qeyri-neft sektoru 7% artmışdır. Ümumilikdə, iqtisadiyyatın artımı 2,8%, sənaye ilində qeyri-neft sənayesinin artımı isə 9% olmuşdur.
Dünyada ən aşağı inflasiyalardan biri kimi 1,4%-lik inflyasiyaya nail olmuşuq.
Mürəkkəb iqtisadi böhranların, tufanların fonunda Azərbaycan özünü iqtisadi sabitlik, stabillik, sakitlik adası kimi təqdim edir.
Əldə olan makro iqtisadi göstəricilər 2015-ci ilin hədəflərinə çatmaq üçün əlverişli hesab etmək olarmı?
Heç bir şübhə yoxdur ki, Azərbaycan istər artım göstəriciləri, istərsə də makro iqtisadi stabilliyin qorunması baxımından qarşıya qoyulan iqtisadi hədəflərə nail olacaq.
Elman Rüstəmovun sözlərinə əsasən, son 10 ildə ölkədə görülən işlər, aparılmış islahatlar, yaradılmış maliyyə ehtiyatları neftin qiymətinin düşməsi fonunda stabilliyin qorunmasına imkan verir:
“Bildiyiniz kimi bir sıra iqtisadi davranış modelleri vardır ki, onlardan da əsasən iksini qeyd etmək olar, tskilik və kontur tsiklik”.
Əgər yüksək gəlirlilik, iqtisadi çiçəklənmə və rifah dövründə bu ölkəyə gələn vəsaitin hamısı sərf edilirsə və gələcəyə heç bir ehtiyyat qalmırsa, maliyyə ehtiyyatları yaratmırlarsa, iqtisadi böhranlar dövründə həmin ölkələri çətinliklər gözləyir.
Kontur tsiklik davranış modelini isə ölkəmizin timsalında nəzərdən keçirmək olar. Azərbaycan yüksək iqtisadi rifah dövründə maliyyə ehtiyyatları yaratmışdır və bu da effektiv şəkildə maliyyə yastığı rolunu oynayır. Maliyyə yastığının əsas vəzifələrindən biri ondan ibarətdir ki, neftin qiyməti düşməyə başladığı andan iqtisadi vəziyyəti düzəltsin, makro iqtisadi narahatlıqları bir növ hamarlasın. Bizim kifayət qədər manevr imkanlarımız var və buna görə də bu bizə fürsət verir ki, cari ildə də qarşıya qoyulan vəzifələrin reallaşmasına mümkün qədər nikbin baxaq.
Həmçinin Mərkəzi Bankın sədri bildirib ki, istehlak kreditləri üzrə faizlər yüksəkdir və bu sahədə banklar ilə aktiv şəkildə dialoq aparılır. Ümumilikdə kredit portfelində biznes kreditləri üstünlük təşkil edir ki, bunlar üzrə faizlər 10-12% təşkil edir və faizlərdə enmə tendensiyası müşahidə olunur.
Dövlətin faizlərin və ya depozitlərin yüksək hədləri ilə bağlı hər hansı bir tavan müəyyən etməsi əks təsirə malik ola bilər. Bu ölkədə dövriyyədə olan pulların açıq bankçılıqdan kölgə bankçılığına keçməsinə və sələmçiliyin inkişafına gətirib çıxara bilər.
Azərbaycan manatını nə gözləyir? Manatın kursu və onun perspektivləri
Bir mənalı şəkildə deyə bilərəm ki, manatı stabillik gözləyir. Manatın stabilliyinin əhəmiyyətli tərəflərini cənab prezident də toplantı zamanı geniş şərh etmiş və onun stabilliyinin yaratdığı üstünlükləri sadalamışdır. Həmçinin stabilliyin qorunmasının davamlı olmasını da qarşımıza qoyulan hədəflərdən biridir.
Bu stabilllik hansı üstünlükləri yaradır?
Birincisi sosial aspektdir, manatın aşağı kursu aşağı inflasiya deməkdir. Əhalinin gəlirlərinin qorunub saxlanması - ən ciddi faktorlardan biridir.
Ümumilikdə ölkə iqtisadiyyatı, investisiya cazibəliyi, beynəlxalq reytinqlərin ən vacib amilllərindən biridir.
Ölkənin borclarının çoxalmasının qarşısını alır, dövlət büdcəsinin stabilliyini təmin edir, büdcədən maliyyələşdirilən sosial xərclərin indeksdirilməsinin qarşısını almağa imkan verir.
Manatın sabit saxlanılması istiqamətində arqumentlər kifayət qədər güclüdür.
Ehtiyyatlarımız olduğu təqdirdə və kifayət qədər güclü arqumentlər varkən bunu etmək zəruridir. Bizim milli ehtiyyatlarımızın həcmi dövriyyədə olan vəsaitlərin 60%-ni ötür, beynəlxalq praktikda isə bu rəqəmin 20% civarında olması belə yetərli hesab olunur. Metodologiyada lazım olandan üç qat artıqdır və bu yalnız Mərkəzi bankın ehtiyyatlarıdır.
Avronun inflasiyaya uğraması bildiyimiz kimi stimullaşdırılır. Tələbi stimullaşdırmaq üçün avro inflyasiyaya məruz qalır. Belə bir situasiyada, Türkiyə də lirə və Yaponiyada yen inflyasiyaya məruz qalır. Bəs, biz sabitliyi udmaqla nə uduruq?
Biz sabitlik, beynəlxalq etibar, investisiya axınları uduruq.
Bütünlükdə devalvasiya gedən ölkələr, bu və ya digər xarici və daxili faktorların təsiri altında milli valyutanın sabitliyini qorumaq üçün devalvasiyaya gedirlər və həmin ölkələrin rəhbərliyi və iqtisadi qurumları da bütövlükdə milli valyutanın sabitliyinin əhəmiyyətini başa düşürlər.