Manatın sabit məzənnəsi inflyasiyanın artmasının qarşısını alıb | Banco.az

Manatın sabit məzənnəsi inflyasiyanın artmasının qarşısını alıb

Azərbaycanda manatın məzənnəsinin sabit saxlanılması inflyasiyanın daha sürətlə artmasının qarşısını alıb.

Bu barədə Asiya İnkişaf Bankının (ADB) "Asian Development Outlook” hesabatının sentyabr sayında bildirilib.

Bank bildirib ki, 2022-ci ilin birinci yarısında Azərbaycanda inflyasiya 2021-ci ilin eyni dövründəki 4,3%-dən illik 12,9%-ə yüksəlib. Qlobal ərzaq qiymətlərinin yüksək inflyasiyası da ərzaq qiymətlərini artırıb. 2021-ci ildə yanacaq və digər kommunal xidmətlər üçün tariflərin artırılması xidmət sektorunda da inflyasiyanı artırıb. Sabit məzənnə isə inflyasiyanın daha da sürətlə artmasının qarşısını alıb: "Azərbaycan Mərkəzi Bankı mart ayında faiz uçot dərəcəsini iki addımda 50 baza bəndi artıraraq 7,75%-ə yüksəldib və inflyasiya təzyiqinin azaldılması ilə bu göstəricini iyul ayına qədər saxlayıb".

Sənəddə bildirilib ki, ilin birinci yarısında inflyasiyanın artmasını nəzərə alaraq Bank 2022-ci il üçün inflyasiya ilə bağlı proqnozunu artırıb. İdarə olunan kommunal qiymətlərin dəyişməz qalacağı gözlənildiyi üçün 2023-cü il üçün inflyasiya proqnozunu isə dəyişməz saxlayıb.

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et