Dövr ərzində manat ABŞ dollarına qarşı 0.01%, Türk lirəsinə qarşı 17.3%, Avroya qarşı 2.4%, İngiltərə funt sterlinqinə qarşı 2.5%, Rus rubluna qarşı 8.1% möhkəmlənmişdir.
2018-ci ilin I yarımilliyində Manat ABŞ dollarına qarşı 0.01%, Türk lirəsinə qarşı 17.3%, Avroya qarşı 2.4%, İngiltərə funt sterlinqinə qarşı 2.5%, Rus rubluna qarşı 8.1% möhkəmlənmişdir.
İkitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərmişdir. 6 ayda manatın qeyri-neft sektoru üzrə ümumi ticarət çəkili real effektiv məzənnəsi (REM) 1.2% möhkəmlənmişdir. Möhkəmlənmə yerli ixrac üçün arzuolunan deyil.
Nominal effektiv məzənnənin (NEM) 4.9% bahalaşması REM-ə artırıcı, tərəfdaş ölkələrlə inflyasiya fərqləri isə azaldıcı təsir etmişdir.
"2014-cü ilin sonundan bəri isə manatın real effektiv məzənnəsi 35.4% ucuzlaşmışdır ki, bu da qeyri-neft sektorunun rəqabət qabiliyyətini dəstəkləyən faktordur",- İcmalda deyilir.
Qeyd edək ki, İyul və Avqust aylarında Türk Lirəsi və Rubl daha da ucuzlaşıblar.
Marja.az