Manatın real effektiv məzənnəsi artır | Banco.az

Manatın real effektiv məzənnəsi artır

Azərbaycan manatının real effektiv məzənnəsi bu il avqustun 1-nə 95,4 bənd təşkil edib.

Bu, iyulun 1-i ilə müqayisədə 0,4 faiz bəndi çoxdur. Əvvəlki ilin analoji dövründə olan göstəriciyə nisbətən isə real effektiv məzənnə 2,3 faiz bəndi artıb.

Xatırladaq ki, manatının real effektiv məzənnəsi ardıcıl beşinci aydır artır. Belə ki, bu göstərici 2018-ci il iyulun 1-nə 95,0 faiz bənd, iyun ayının 1-nə 94,8 faiz bənd, mayın 1-nə 92,2 faiz bəndi, aprelin 1-nə 91,4 faiz bəndi, martın 1-nə 91,3 faiz bəndi təşkil edib.

Real effektiv məzənnənin artmasına səbəb Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələrin milli valyutalarının dollarla müqayisədə ucuzlaşmasıdır. Xatırladaq ki, manatın real effektiv məzənnəsi 2000-ci ildən hesablanır, minimum səviyyəsi 2004-cü ildə (74,2), maksimum səviyyəsi 2015-ci il yanvarında (153,1) qeydə alınıb. Maliyyə böhranı başlayandan isə minimum hədd 2016-cı il sentyabrın 1-də (87 bənd) olub.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, real effektiv məzənnə - manatın ticarət tərəfdaşı olan ölkələrin valyutalarına nəzərən ikitərəfli nominal məzənnələrinin dəyişməsinin ticarət xüsusi çəkiləri və həmin ölkələrdə inflyasiya nəzərə alınmaqla həndəsi ortalamasını əks etdirir. Yəni milli valyutanın bir neçə valyutaya nəzərən orta çəkili dəyişmə indeksidir.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et