Manatın möhkəmliyi artır - Real məzənnə | Banco.az

Manatın möhkəmliyi artır - Real məzənnə

Azərbaycan manatının real effektiv məzənnəsi 2017-ci il mart ayının 1-nə 91,9 bənd təşkil edib. Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verilir ki, bu, fevralın 1-nə olan analoji göstərici ilə müqayisədə 1,7 bənd yüksəkdır. Keçən ilin analoji dövrünə olan göstəriciyə nisbətən isə real effektiv məzənnə 0,3 bənd azalıb.

Real effektiv məzənnənin azalması manatın dəyərinin Azərbaycanın ticarət tərəfdaşı olan ölkələrin valyutaları ilə müqayisədə ucuzlaşması deməkdir. "Report"un analitik qrupu mart ayında Türkiyə lirəsi, Rusiya rublu və Çin yuanının sabit qalması ilə yanaşı manatın möhkəmləndiyini və nəticədə, manatın real effektiv məzənnəsində artımın davam edəcəyini proqnozlaşdırır.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, manatın real effektiv məzənnəsi üçün 85-90 bənd diapazonu qənaətbəxş sayılır.