Manatın məzənnəsi yaxın aylarda necə dəyişəcək? | Banco.az

Manatın məzənnəsi yaxın aylarda necə dəyişəcək?

Manatın ötən həftənin əvvəllərində dollara nisbətən zəifləməsi və avro ilə müqayisədə güclənməsi həftənin son doğru milli valyutamizin ABŞ puluna nisbətən möhkəmlənməsi ilə yadda qaldı. Baxmayaraq ki, amerika pulu bu həftəyə Bakıda cüzi möhkəmlənmə ilə başladı, amma manatın dövrü nisbi güclənməsi fonunda vəsaitlərini dollar ilə saxlayan vətəndaşlar arasında yenidən hansı valyuta ilə yığım etmək ilə bağlı suallara yaratdı. Bu gün ən çox verilən sualları qısa olaraq qruplaşdırsaq təbii ki, ən çox soruşulan məsələ milli valyutanın taleyi ilə bağlıdır. Banco.az portaı iqtisadçı-ekspert Vüqar Bayramovun fikirlərinə istinadə edərək bildirir. 

Milli valyutamızın yaxın aylarda məzənnəsi daha çox dünya valyuta bazarında baş verənlərdən asılı olacaq. Manatın son günlərdəki rəsmi məzənnəsi göstərir ki, Mərkəzi Bank valyuta səbətində avronun payını artırıb. Praktik olaraq, dollar avroya nisbətən möhkəmlənən zaman manata nisbətən də güclənir. Və ya əskinə: dollar ilə müqayisədə dəyər itirən avro manata qarşısında da zəifləyir. Deməli, bu artıq Mərkəzi Bankın çevik valyuta siyasətinə keçərək valyuta səbətində milli valyutamızın gələcək məzənnəsinə təsir edəcək dəyişiklik etdiyindən xəbər verir. Əslində, bu artıq manatın avronun məzənnəsində tədricən asıllığın yaranması anlamına da gəlir. Bu isə o deməkdir ki, manatın növbəti mərhələdə məzənnəsi həmçinin Avropa pulunun durumundan asılı olacaq. Əgər, avrozonada milli valyuta möhkəmlənəcəksə o zaman manat da dollara nisbətən dəyər qazanacaq. Avronun dollara nisbətən zəifləməsi isə manatın da yumşalmasına səbəb olacaq. Bu isə o deməkdir ki, Mərkəzi Bank hələlik mövcud məzənnə dəhlizindən kənara çıxmamağa çalışacaq.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et