Manatın iqtisadiyyatda dövretmə sürəti yenidən artıb | Banco.az

Manatın iqtisadiyyatda dövretmə sürəti yenidən artıb

2021-ci ilin yanvar ayının 31-nə Azərbaycan manatının iqtisadiyyatda dövretmə sürəti aylıq müqayisədə 8% artaraq 3,85 təşkil edib.

Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, illik müqayisədə sözügedən göstərici 11,6% azalıb.

Xatırladaq ki, 2021-ci ilin yanvarın 1-də manatın iqtisadiyyatda dövretmə sürəti illik müqayisədə 20,3% azalaraq 3,57 təşkil etmişdi və altıillik minimuma enmişdi.

Qeyd edək ki, pulun iqtisadiyyatda dövretmə sürəti müəyyən müddət ərzində mal və ya xidmətlər almaq üçün bir valyutanın istifadə olunduğu orta tezliyi əks etdirir. Sözügedən metrik göstərici ölkənin ÜDM, işsizlik və inflyasiyanı müəyyənləşdirməyə kömək edə bilər. Pulun iqtisadiyyatda dövretmə sürətinin azalması ümumiyyətlə tənəzzül və iqtisadiyyatın azalması ilə əlaqələndirilir. 

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et