Müəllif: Gülnar Əhmədli, Banco.az
Cari il mart ayının 1-nə Azərbaycanın milli valyutası — manatın dövretmə sürəti 3,25 bənd təşkil edib.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Bu göstərici 2024-cü ilin fevral ayının 1-i ilə müqayisədə 0,05 bənd artıb, 2023-ci ilin mart ayının 1-nə nisbətən isə 0,85 bənd azalıb.
Qeyd edək ki, fevral ayının əvvəlində manatın dövretmə sürəti 3,20 bənd, yanvar ayının əvvəlində isə 3,48 bənd təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!