İqtisadçı alim, Vüqar Bayramov son günlərdə tez-tez baş verən kəskin məzənnə dəyişikliklərindən söz açıb.
Manatın dollara nisbətən məzənnəsinin yüksəlməsi bilavastə dünya bazarında avronun kursunun güclənməsi ilə bağlıdır. Ölkəmizdə məzənnə müəyyənləşdirilən zaman ikili valyuta səbətindən istifadə edildiyi üçün qədim qitənin pulunun vəziyyəti manata birbaşa təsir göstərir.
Son günlər avroya nisbətən ciddi dəyər itirən Birləşmiş Ştatlar valyutası milli valyutamıza nisbətən də ucuzlaşıb. O baxımdan, dolların zəifləməsi heç də Mərkəzi Bankın hansısa mesaji kimi təqdim edilməməlidir. Növbəti günlərdə avronun gündəlik məzənnəsində azalma olduğu halda mövcud məzənnə siyasətinə uyğun olaraq manat yenidən dollara nisbətən müqayisəli zəifləyəcək və Avropa valyutasına nəzərən möhkəmlənəcək.
Ən sərfəli kredit üçün müraciət et Mərkəzi Bank öz xarici valyuta rezervlərinin həcmi barədə açıqlamalar ilə ictimaiyyətə mesaj verir. İkili valyuta səbətinə keçiddən sonra manatın kursu birbaşa dünya valyuta bazarındakı dəyişikliklərə uyğunlaşdırılıb.
Qeyd edək ki, dünən avro yeni rekorda imza atıb: 1 avro almaq uchun 1.17 dollar ödəmək lazim gəlirdi. Bir neçə həftə öncə isə cəmi 1.09 dollar ödəmək lazım idi.