"Manatın devalvasiyası qaçılmaz idi" | Banco.az

"Manatın devalvasiyası qaçılmaz idi"

“Proseslər göründüyü kimi sadə deyil”

"Cari ilin fevral ayında baş verən manatın devalvasiyası qaçılmaz bir tədbir idi"

Banco.az  "APA-Economics"ə istinadən xəbər verir ki, bunu "Azərbaycan Televiziyasının" (AzTV) efirində maliyyə naziri Samir Şərifov deyib.

Nazir qeyd edib ki, bu hadisə yalnız Azərbaycanda deyil, bütün region ölkələrində baş verib: "Mən xüsusilə bizim əsas ticarət tərəfdaşlarımızı qeyd etmək istərdim. Bu isə bizim iqtisadiyyatımıza, milli şirkətlərimizin maraqlarına bilavasitə mənfi təsir edir. Biz də milli istehsalçılarımızı üçün idxaldan qorumaq üçün manatın məzənnəsini korreksiya etdik. Maraqlı məqam ondan ibarətdir ki, neft idxal edən ölkələrdə devalvasiya baş verməməli idi. Amma fikir verin həmin ölkələrdə nələr baş verir... Həmin ölkələrin də milli valyutası devalvasiyaya uğradı. Halbuki, onlar neftin qiymətinin azalmasından udmalı idilər. Bir sözlə, proseslər göründüyü kimi sadə deyil".

Ən sərfəli kredit üçün müraciət et