Manat tədricən ucuzlaşacaq | Banco.az

Manat tədricən ucuzlaşacaq

Dünya bazarında ötən ilin avqustundan başlayaraq neftin qiymətinin ucuzlaşması fonunda dolların dəyəri artıb. Rubl, avro və digər valyutalar kəskin ucuzlaşsa da, Azərbaycanın Mərkəzi Bankı ötən 7 ayda manatı sabit saxlayıb.

Ötən iki ayda Mərkəzi Bank manatın saxlanmasına 2,3 milyard dollar xərcləyib. Bu, 13 milyardlıq Mərkəzi Bankın ümumi ehtiyatının 15 faizi qədərdir.

İqtisadçı Samir Əliyev bildirib ki, Mərkəzi Bankın bu qərarından cəmi bir neçə saat sonra valyuta dəyişmə məntəqələrində manat dollara nəzərən 0,05 faiz ucuzlaşıb. Mərkəzi Bankın saytında 1 dollar 0,7844 AZN idisə, indi 0,7848 AZN-dir. Şəhərdəki bəzi valyuta dəyişmə məntəqələrində isə 0,7868-dir.

Ekspertin fikrincə, manatın ucuzlaşmasının mənfi fəsadları çoxdur. Belə ki, əvvəllər müəllimin 160 manat aylıq maaşı azı 200 dollar edirdi. Manat ucuzlaşandan sonra, bu, təqribən 150 dollardan az olacaq.

Azərbaycanda əvvəl alıcı idxal olunan 3 dollarlıq məhsulu 2,5 manat alardısa, manat ucuzlaşandan sonra 3 manata alacaq. Bu da bahalaşma deməkdir. Rus rublunun dollara nisbətən ucuzlaşmasından sonra Rusiya ərzaq bazarında 15-20 faiz bahalanma müşahidə olunub.

Onların sözlərinə görə, manatın uculaşmasından xüsusilə ailəsinə Rusiyadan pul göndərənlər qazanacaqlar. İndiyədək rubl dollara nisbət uculaşırdı, amma manat sabit qalırdı və əldə olunan vəsait az olurdu. Manat da ucuzlaşandan sonra Rusiyadan göndərilən pullarla dolanan ailələrin vəziyyəti nisbətən düzələcək. Təbii ki, burada həm rubl, həm də manat dollardan aslı olduğundan o qədər də ciddi fərq olmayacaq.

Mərkəzi Bankın sədri Elman Rüstəmov fevralın 15-də "Financial Times" qəzetinə müsahibəsində dəyib ki, əhalinin maraqları nəzərə alınmaqla manat tədricən ucuzlaşacaq.

Deputat Vahid Əhmədov da manatın yumşaq buraxılmasının tərəfdarıdır: "Manat birdən-birə ucuzlaşarsa bazarda qiymət sabitliyi pozular, daxili bazarda bahalaşma baş alıb gedər. Təbii ki, manatı da uzun müddət bu qədər pul xərcləyib saxlamaq mümkün deyil. Ən doğru variant manatı yumşaq buraxılmasıdır."

Ən sərfəli kredit üçün müraciət et

anspress.com