Manat neftin qiymətinin 45-50 dollar səviyyəsində üzməsinə adaptasiya olunub | Banco.az

Manat neftin qiymətinin 45-50 dollar səviyyəsində üzməsinə adaptasiya olunub

"Azərbaycan manatı neftin qiymətinin 45-50 dollar/barel səviyyəsində üzməsinə adaptasiya olunub". Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bildirib.

E.Rüstəmov qeyd edib ki, əsas prioritet sabitləşdirmədir: "Son məqsəd insanların, dövlətin gəlirlərinin artırılmasıdır".

Ən sərfəli kredit üçün müraciət et

"Maliyyə Sabitliyi Şurası yaradılıb. Bu şurada ciddi iş gedir, müzakirələr aparılır. Ölkədə makroiqsadi sabitliyin təmini, struktur, sosial islahatları əhatə edən yeni iqtisadi artım modelinə keçid üçün iş aparılır. Bu sənəd razılaşdırılmamışdan öncə həssas mövzulara izahat vermək imkanımız məhduddur", - deyə baş bankir əlavə edib.

Mənbə: Report.az