Azərbaycanda kredit faizləri azalıb.
Son bir il ərzində Azərbaycanda kreditlərin orta faiz dərəcəsi 0,5% aşağı düşüb.
Xatırladaq ki, 2018-ci ilin sonunda Azərbaycan kreditlərin orta faiz dərəcəsi 11,8% olmuşdu. 2019-cu il dekabrın 1-ə olan məlumata görə isə bu göstərici 11,3%-ə enib.
Kreditlərin ucuzlaşması dollar kreditlərinin hesabına olub. Belə ki, 2018-ci ilin sonunda Azərbaycanda dollar kreditlərinin faiz dərəcəsi 8,1% olduğu halda, bu il həmin göstərici 6,2%-ə düşüb.
Manatla kreditlərdə isə faiz dərəcəsi dəyişməyərək 14,2%-də qalıb.\
fed.az