Manat əsas tərəfdaş ölkələrin valyutalarına qarşı möhkəmlənib | Banco.az

Manat əsas tərəfdaş ölkələrin valyutalarına qarşı möhkəmlənib

2018-ci il ərzində manat ABŞ dollarına qarşı 0.01%, Türk lirəsinə qarşı 28.6%, Avroya qarşı 4.1%, İngiltərə funt sterlinqinə qarşı 5.9%, Rus rubluna qarşı 16.9% möhkəmlənmişdir. 

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) ötən il üzrə Pul siyasəti icmalında deyilir.

"İkitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərmişdir. İl ərzində manatın qeyri-neft sektoru üzrə ümumi ticarət çəkili real effektiv məzənnəsi 6.1% möhkəmlənmişdir",- İcmalda bildirilir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, ötən il, ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 16,4 faizi Rusiya, 13,8 faizi Türkiyə, 10,4 faizi Çin, 5,8 faizi Almaniya, 4,6 faizi ABŞ, 4,5 faizi İsveçrə, 4,1 faizi Ukrayna, 3,6 faizi İran, 3,3 faizi Yaponiya, 3,0 faizi İtaliya, 2,3 faizi Birləşmiş Krallıq, 28,2 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.

marja