Manat əmanəti hansı banklarda daha sərfəlidir? - Oktyabr 2022 | Banco.az

Manat əmanəti hansı banklarda daha sərfəlidir? - Oktyabr 2022

Oktyabr ayında bir il müddətinə fiziki şəxslərin manat əmanəti yerləşdirə biləcəyi bankları və onların şərtlərini təqdim edirik. Bu ay avqust ayına nisbətən AccessBankın depozit faizlərində 2%, Unibankda isə 0,5% artım olub. Azalma isə Bank of Baku və Yelo Bankda 0,5/1% (aylıq/müddətin sonunda), Bank VTB-də 0,5% müşahidə edilib.

Həmçinin bax: Dollar əmanəti hansı banklarda daha sərfəlidir? - Oktyabr 2022

Həmçinin bax: Manat əmanəti hansı banklarda daha sərfəlidir? (2 illik) - Oktyabr 2022

Faizlər əmanətin məbləğindən asılı olaraq illik hesablanır. Faizləri aylıq və ya bir ilin sonunda götürmək mümkündür. Faizlərin aylıq ödənilməsi şərtində isə illik hesablanan faizlər aylara bölünərək müştəriyə təqdim olunur. Əmanət məbləğini isə yalnız bir ilin sonunda götürmək olar. Əgər müqavilə pozularsa, yəni müştəri əmanəti vaxtından əvvəl götürürərsə, həmin məbləğin bankda qalma müddətindən asılı olaraq faizlər yenidən hesablanır. Bu zaman daha aşağı faiz dərəcəsi tətbiq olunur və ya müştəriyə tamamilə heç bir faiz ödənilmir. Faizlərin ödənilməsi üçün müştəriyə depozit kartı təqdim olunur. Kartın növü isə əmanətin məbləğindən asılı olaraq fərqlənir.

Ən sərfəli kredit üçün müraciət et

Bankların bir il müddətinə manatla yerləşdirilən depozitlərə aylıq və müddətin sonunda təqdim etdiyi illik faiz dərəcələri ilə isə cədvəldən tanış ola bilərsiniz. 

İnfoqrafik: Tahir Əsgərli, Banco.az

Araşdırma: Tərlan Qəhrəmanova, Banco.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

banklarda depozit faizleri 2022, en yuksek depozit faizleri 2022, banka pul qoymaq faizleri 2022, manat depozit faizleri 2022

Ən sərfəli krediti almaq üçün müraciət et