Manat əmanəti hansı banklarda daha sərfəlidir? – Mart 2025 | Banco.az

Manat əmanəti hansı banklarda daha sərfəlidir? – Mart 2025

Araşdırma: Gülnar Əhmədli, Banco.az

Banco.az bankların 2025-ci ilin mart ayı üzrə təklif etdikləri depozit faizlərini araşdırıb. 

Araşdırmamıza görə, fevral ayı ilə müqayisədə "AccessBank", "Bank BTB", "Bank VTB", "Yelo Bank", "Xalq Bank" və "Unibank" depozit faizlərini yüksəldiblər. Hazırda 6 bank depozitlər üçün aylıq və müddətin sonunda 12% gəlirlilik təklif edir.

Qeyd edək ki, 2024-cü ilin yanvarın 1-dən etibarən fiziki şəxslərin hər bir bankda milli valyutada 18 ayadək olan depozitlər üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatadək olan hissəsi vergidən azad edilib. Həmçinin fiziki şəxslərin hər bir bankda milli valyutada olan depoziti 18 ay və daha artıq müddətə yerləşdirildikdə faiz gəlirlərinin tam hissəsi 3 il müddətinə vergidən azad edilib.

Bankların bir il müddətinə manatla yerləşdirilən depozitlərə aylıq və müddətin sonunda təqdim etdiyi illik faiz dərəcələri ilə cədvəldən tanış ola bilərsiniz. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram