Manat əmanəti hansı banklarda daha sərfəlidir? - İyun 2021 | Banco.az

Manat əmanəti hansı banklarda daha sərfəlidir? - İyun 2021

Banco.az 2021-ci ilin iyun ayı üçün sərfəli şərtlərlə bir il müddətinə manat əmanəti yerləşdirə biləcəyiniz bankları araşdırıb təqdim edir. 

May ayı ilə müqayisədə dörd bankda azalma, iki bankda isə artım müşahidə olunub. Müddətli əmanətlərin faizləri Unibank, Azər Türk Bank və AccessBankda 1,5%, Bank Respublikada 1% azalıb. Artım isə Yelo Bankda 1%, Ziraat Bankda isə 0,75% (müddətin sonunda isə 0,5) olub.

Bankların bir il müddətinə manatla yerləşdirilmiş əmanətlərə aylıq və müddətin sonunda təqdim etdiyi illik faiz dərəcələri ilə isə cədvəldən tanış ola bilərsiniz.

Qeyd edək ki, 5 apreldən etibarən banklarda fiziki şəxslərin milli valyuta ilə qoyduğu əmanətlər illik faiz dərəcəsi 12%-i keçmədiyi halda 100 min manatadək qorunur.

Həmçinin bax: Dollar əmanəti hansı banklarda daha sərfəlidir? - İyun 2021

Həmçinin bax: Manat əmanəti hansı banklarda daha sərfəlidir? (2 illik) - İyun 2021

Ən sərfəli kredit üçün müraciət et

İnfoqrafik: Tahir Əsgərli, Banco.az

Tərlan Qəhrəmanova, Banco.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et