Manat əmanəti hansı banklarda daha sərfəlidir? - Dekabr 2023 | Banco.az

Manat əmanəti hansı banklarda daha sərfəlidir? - Dekabr 2023

Əmanət faizləri əmanətin məbləğindən asılı olaraq illik hesablanır. Faizləri aylıq və ya bir ilin sonunda götürmək mümkündür. Faizlərin aylıq ödənilməsi şərtində isə illik hesablanan faizlər aylara bölünərək müştəriyə təqdim olunur. Əmanət məbləğini isə yalnız bir ilin sonunda götürmək olar. Əgər müqavilə pozularsa, yəni müştəri əmanəti vaxtından əvvəl götürürərsə, həmin məbləğin bankda qalma müddətindən asılı olaraq faizlər yenidən hesablanır. Bu zaman daha aşağı faiz dərəcəsi tətbiq olunur və ya müştəriyə heç bir faiz ödənilmir. 

Banco.az-ın araşdırmasına görə, əmanət faizlərində ötən ay ilə müqayisədə ən çox fərq ABB və Kapital Bank-dadır. Belə ki, hər iki bank depozit faizlərini yüksəldib. Əksər bankların depozit faziləri isə noyabr ayı ilə eynidir. 

Həmçinin oxu: Dollar əmanəti hansı banklarda daha sərfəlidir? - Dekabr 2023

Hazırda 12 aylıq müddət üzrə ən yüksək əmanət faizlərini "Bank BTB", "Bank VTB" və "Rabitəbank" təklif edir.

Qeyd edək ki, 1 fevral 2023-cu il tarixdən etibarən banklarda yerləşdirilən əmanətlərdən əldə olunan gəlirdən 10% vergi tutulur. Bu vergi yalnız əmanətdən əldə olunan faiz gəlirinə aiddir, yerləşdirilən əmanət məbləğinə isə heç bir vergi tutulmur. 

Ən sərfəli kredit üçün müraciət et

Bankların bir il müddətinə manatla yerləşdirilən depozitlərə aylıq və müddətin sonunda təqdim etdiyi illik faiz dərəcələri ilə isə cədvəldən tanış ola bilərsiniz. 

Gülnar Əhmədli, Banco.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram