Manat dollar və avro qarşısında zəifləməkdə davam edir | Banco.az

Manat dollar və avro qarşısında zəifləməkdə davam edir

Bu gün yanvarın 15-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətən məzənnəsi yüksəlib.

Azərbaycan Mərkəzi Bankının (AMB) yanvarın 18-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi yanvarın 15-i ilə müqayisədə 0,0164 manat və ya 1,04% artaraq 1,5870 manat olub.

Ən sərfəli kredit üçün müraciət et

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası  da 1,09% və ya 0,0187 manat artaraq 1,7293 manata yüksəlib.

Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,0001 manat və ya 0,49% azalaraq  0,0203 manat səviyyəsində qərarlaşıb.