Manat dəyərini qoruyur | Banco.az

Manat dəyərini qoruyur

Dünya bazarında neftin ucuzlaşması, demək olar ki, əksər ölkələrin valyutalarına təsirsiz ötüşmədi. İqtisadi proseslər bəzi valyutaların, xüsusən də neft gəlirlərindən asılı olan ölkələrin pul vahidlərinin dəyərdən düşməsinə səbəb oldu. 

Məsələn, 2014-cü ildə rus rublu 80%, qazax təngəsi 19%, türkmən manatı 22%, Belarus rublu 17%, Ukrayna qrivnası 90%, Türkiyə lirəsi 8% ucuzlaşıb. 

Ancaq Azərbaycan hökuməti manatın nə 2009-cu ildə qlobal böhran baş verəndə, nə də neftin ucuzlaşdığı indiki mərhələdə ucuzlaşmasına imkan verir. 

Bəs görəsən, dünya ölkələrinin valyutaları arasında manata nisbətdə ən bahalı pul vahidi hansıdır? 

Azərbaycanın Mərkəzi Bankının yanvarın 26-da verdiyi açıqlamaya görə, hazırda manata nisbətdə ən bahalı valyuta Küveyt dinarıdır. Bu pul vahidinin dəyəri 2,65 AZN təşkil edir. 
Ən dəyərsiz pul vahidi isə İran rialıdır. Belə ki, 100 İran rialının manatla ekvivalenti 0, 0022 AZN təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

Dünya ölkələrinin valyutalarını sıralasaq, burada ilk sıradakı Küveyt dinarından sonra ingilis funt-sterlinqi (GBR) gəlir: 1 GBR 1,17 manatdır. 

Dünya valyutalarının bu günə olan rəsmi kursunun manata nisbətdə məzənnəsinə görə, avro 4-cü, ABŞ dolları 5-ci, gürcü larisi 10-cu, Türkiyə lirəsi 11-ci, Rusiya rublu 36-cı sıradadır. İran rialı isə qeyd etdiyimiz kimi, sonuncu pillədədir.

Ən sərfəli krediti almaq üçün müraciət et