Manat "Big Mac" indeksi üzrə ən az qiymətləndirilən valyutalar onluğundadır | Banco.az

Manat "Big Mac" indeksi üzrə ən az qiymətləndirilən valyutalar onluğundadır

"The Economist" jurnalının dərc etdiyi "Big Mac" indeksinə görə, Azərbaycan manatı lazımi səviyyədə qiymətləndirilməmiş valyutalar siyahısında dördüncü yerdən doqquzuncu yerə enib.

Azərbaycanda "Big Mac"ın qiyməti 4,5 manat və ya 2,65 dollar, ABŞ-da isə 5,81 dollar təşkil edir. Bu göstəricilərə görə, məzənnə 0,77 manat olmalıdır, lakin faktiki (1,7 manat) və təklif olunan məzənnə arasında 54,4%-lik fərq mövcuddur. Yəni "Big Mac" indeksinə görə, manat dollara qarşı lazımi səviyyədən 54,4% daha az qiymətləndirilir. Jurnalın iyul buraxılışında bu göstərici 58,9%-ə bərabər idi.

Qeyd edək ki, ÜDM nəzərə alınaraq tənzimlənmiş siyahıda bu göstərici 22,2%-ə bərabərdir və manat lazımi səviyyədə qiymətləndirilməmiş valyutalar siyahısında on dördücüdür.

Ən yüksək səviyyədə qiymətləndirilməmiş valyutalar siyahısının ilk üçlüyündə Rusiya rublu (70%), Türkiyə lirəsi (67,9%) və İndoneziya rupisi (59,3%) yer alıb. Faktiki səviyyədən daha çox qiymətləndirilmiş valyutalar isə İsveçrə frankı (20,2%) və Norveç kronu (10%) olub.

Qeyd edək ki, "Big Mac" indeksi 1986-cı ildə "The Economist" tərəfindən ixtira olunan, maraqlı şəkildə valyutaların "düzgün" və ya olmalı olduqları səviyyəni müəyyən edən göstəricidir. Bu indeks alıcılıq qabiliyyəti pariteti nəzəriyyə üzərində qurulub. Lakin burada istehlak səbəti yerinə "McDonald's" tərəfində istehsal olunan "Big Mac" burgeri nəzərə alınır.

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et