Dövlət Gömrük Komitəsi sön dövrlərdə sahibkarlar və müxtəlif şirkətlər tərəfindən idxal əməliyyatları zamanı gömrük orqanlarına təqdim edilən bir sıra invoyslar üzrə aparılan araşdırma zamanı malların dəyərindən dəfələrlə aşağı göstərildiyini müəyyən edib.
“Cədvəldən də göründüyü kimi, ümumilikdə 80043,06 avro vəsaitin gömrük vergi və rüsumlarına cəlb olunmasından yayındırılmağa cəhd göstərildiyi müəyyən edilib.
Dövlət Gömrük Komitəsi bu halların qarşısının alınması üçün daim qətiyyətli addımlar atır və bir daha bildirir ki, gələcəkdə müxtəlif üsullarla dövlət büdcəsinə çatacaq vəsaiti ödəməkdən yayınmağa cəhd göstərən fiziki və hüquqi şəxslər haqqında qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülməklə yanaşı, onların adları da mütəmadi olaraq ictimaiyyətə açıqlanacaq”, - deyə məlumatda bildirilir.
Xarici iqtisadi fəaliyyət iştirakçısının adı |
İnvoysda göstərilən qiymət |
Real qiymət |
Fərq |
“ Aksesuar” Ticarət və Sənaye LTD ŞTİ |
13046,63 avro |
18543,63 avro |
5497 avro |
“ Aksesuar” Ticarət və Sənaye LTD ŞTİ |
16013,72 |
22627,77 avro |
6614,05 avro |
“ Aksesuar” Ticarət və Sənaye LTD ŞTİ |
14840,21 avro |
20991,88 avro |
6151,67 avro |
“ Aksesuar” Ticarət və Sənaye LTD ŞTİ |
12230,60 avro |
18628,08 avro |
6397,48 |
“ Aksesuar” Ticarət və Sənaye LTD ŞTİ |
13117,94 avro |
21117,94 avro |
9000 avro |
“ Aksesuar” Ticarət və Sənaye LTD ŞTİ |
14545,14 avro |
33400,32 avro |
18855 avro |
“ Aksesuar” Ticarət və Sənaye LTD ŞTİ |
8604 avro |
12604,61 avro |
4000,61 avro |
“ Aksesuar” Ticarət və Sənaye LTD ŞTİ |
12645,70 avro |
15645,70 avro |
3000 avro |
“ABA Trading” |
5230,56 avro |
25757,81 avro |
20527,25 avro |